9 C
Baku
Friday, December 13, 2024

“MKT İstehsalat Kommersiya”nın ixracdan gəliri 39% azalıb

Azərbaycanın pambıq istehsalçısı “MKT İstehsalat Kommersiya” MMC 2024-cü ilin yanvar ayında qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yerlərdədir.

Banker.az xəbər verir ki, ötən il “MKT İstehsalat Kommersiya” tərəfindən 6.5 milyon dollarlıq məhsul ixrac edilib.

“MKT”nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39% azalıb. Şirkət 2023-cü ilin yanvar ayında 10.6 milyon dollarlıq məhsul ixrac etmişdir.

Xatırladaq ki, Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər