“M&M’s” markası reklamdakı Qırmızı və Sarı adlandırılan personajlarından imtina edəcəyini deyib, bu barədə “The Wall Street Journal” yazıb. “Danışan konfetlər”in yerini şirkətin sözçüsü, komediya ustası və aktrisa Maya Rudolf tutacaq.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Qəzet yazır ki, brend sosial media hesablarında “danışan konfetlər” obrazından istifadə etməyə davam edəcək.
Xatırladaq ki, 2022-ci ilin yanvarında “Mars” şirkəti sahib olduğu “M&M’s”in reklam çarxındakı personajların görünüşünə dəyişikliklər etməyə hazırlaşdığını deyib.
“Mars” vurğulayıb ki, rebrendinq şirkətə “heç kəsin özünü artıq hiss etməyəcək bir dünya yaratmağa” kömək edəcək. Nəticədə, dizaynerlər “danışan konfetlər”in qollarının və ayaqlarının rəngini dəyişdilər. Plana görə, Qırmızı digər personajlarla daha yaxşı davranmağa, Narıncı isə özünü qəbul etməyə başlamalı idi.
Personajların səsi də dəyişdirildi – onlar daha mehriban oldu.
Keçən ilin sentyabrında dizaynerlər yeni Bənövşəyi adlandırılan qadın personaj yaratdılar. Onun görünüşü internetdə tənqidlərə səbəb oldu. İstifadəçilər şirkəti şokoladları siyasiləşdirməkdə ittiham etdi.