Azərbaycan Ordusu raket və döyüş sursatları ilə tam təmin olunub.
Bunu müdafiə nazirinin müavini Nizam Osmanov deyib.
O bildirib ki, yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq, odun ehtiyatı normalara uyğun olaraq yaradılıb, şəxsi heyət isti geyimlə təmin edilib və ümumilikdə maddi-texniki təminat üzrə cari il ərzində qarşıya qoyulan məqsədlərə nail olunub:
“Ordu zirehli və avtomobil texnikasının döyüşə hazır vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini, birləşmə, hərbi hissələrin raket və döyüş sursatları ilə normalara əsasən tam təmin olunub”.