-1 C
Baku
Sunday, December 15, 2024

MN: Azərbaycan Ordusunun hərbi qulluqçularının xəsarət alması barədə məlumatlar yalandır

Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.

Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır. Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər