10 C
Baku
Thursday, December 12, 2024

MN, DSX, SHÇDX və DİN-nin hərbi qulluqçuların aylıq maaşı 20% artırıldı – FƏRMAN

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Sərhəd Xidmətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Bu fərmanlar 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

Son xəbərlər
Digər xəbərlər