10 C
Baku
Thursday, December 12, 2024

“Modern” Şirkətlər Qrupunda təyinat

“Modern” Şirkətlər Qrupunun törəmə şirkəti “Alyans Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinə təyinat olub.

Banker.az-ın məlumatına görə, Yasəmən Qəmbərova şirkətin baş kommersiya inzibatçısı təyin edilib.

O buna qədər Tekstil şirkətinin Biznesin inkişafı departamentinin direktoru idi.

Daha öncələr “Unibank” ASC, “PAŞA Bank” ASC və “Azər Türk Bank” ASC-də çalışıb.

Xatırladaq ki, “Alyans Tekstil” 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin 1.2 mln. manat nizamnamə kapitalı var. Şirkət işçi və xüsusi geyimlərin (kombinezon, kostyum, gödəkcə və s.) istehsalı, iş ayaqqabıları və fərdi mühafizə vasitələrinin (respirator, dəbilqə, eynək, əlcək, qulaqcıqlar və s.) satışı ilə məşğuldur.

Son xəbərlər
Digər xəbərlər