21 C
Baku
Friday, April 26, 2024

“Moderna” şirkəti “omikron”a qarşı peyvənd hazırlayır

“Moderna” Cənubi Afrikada koronavirusun “omikron” ştamı kəşf edildiyi gün yeni peyvənd hazırlamağa başlayıb.

Banker.az xəbər verir ki, şirkətin baş tibb işçisi Pol Bertonun sözlərinə görə, genişmiqyaslı istehsal ən yaxşı halda 2022-ci ilin əvvəlində başlayacaq.

Mütəxəssis qeyd edir ki, mövcud peyvəndlərin koronavirusun yeni növünə qarşı effektivliyini öyrənmək üçün bir neçə həftə vaxt tələb olunur. Berton “omikron”u daha təhlükəli virus adlandırsa da, “Moderna”nın onunla mübarizə aparmaq üçün bütün lazımi alətlərə malik olduğuna inanır.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər