7 C
Baku
Thursday, December 12, 2024

Modi Hindistanın qarşıdakı beş ildə dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevriləcəyini vəd edib

Hindistanın Baş naziri Narendra Modi çərşənbə axşamı ölkəsinin müstəqilliyinin 76-cı ildönümü münasibətilə etdiyi çıxışda Hindistanın yaxın beş ildə dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevriləcəyinə söz verib.

“Yoxsulluq azaldıqca orta sinfin gücü artır. Yaxın beş ildə ölkə dünyanın aparıcı iqtisadiyyatları sırasında olacaq”, – Modi söyləyib.

Modi “ölkəni məhv edən üç pisliyə” son qoyacağına söz verib. “Korrupsiya ilə mübarizə mənim ömürlük öhdəliyimdir. İkincisi, sülalə siyasətinə son qoymaq lazımdır. Üçüncü pislik isə təcavüzkarı sakitləşdirmək siyasətidir [1930-cu illərdə Britaniya hökumətinin xarici siyasəti üçün istifadə edilən termindir], hansı ki milli xarakterdə iz qoymuşdur. Biz bu üç rəzilliyə qarşı var gücümüzlə mübarizə aparmalıyıq”, – Modi vurğulayıb.

Hindistanın baş naziri növbəti parlament seçkiləri ərəfəsində Müstəqillik Günündə etdiyi son çıxışında da yaxın illərdə ölkədə orta sinfi gücləndirəcəyini və qadınların səlahiyyətlərini artıracağını bildirib.

Çərşənbə axşamı günü qeyd olunan bayram Hindistanın Britaniya hökmranlığından azad edilməsini xatırladır. 1947-ci ildə, avqustun 15-də Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru Britaniya müstəmləkəçilərinin ölkədən getməsinin simvolu olan Qırmızı Qala üzərində milli üçrəngli bayrağı qaldırıb. Bayram günü, eləcə də ondan bir neçə gün əvvəl və sonra eyni rənglərdə respublikanın müxtəlif əyalət və şəhərlərindəki abidələr, dövlət qurumlarının binaları işıqlandırılır.

Son xəbərlər
Digər xəbərlər