2 C
Baku
Saturday, December 14, 2024

“MolBulak BOKT”un rəhbəri dəyişdi – xanım direktor təyin edildi

Qırğızıstan kapitallı «M Bulak Bank Olmayan Kredit Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Mol Bulak) direktoru dəyişdi.

Banker.az xəbər verir ki, BOKT-un direktoru Ernest Uraimov vəzifəsindən istefa verib.

Onun yerinə isə Altın Şakirova (Altyn Shakirova) təyin edilib.

E.Uraimov 2019-cu ilin fevralında direktor təyin edilmişdi. Həmin müddətə qədər isə Vüsal Qaragözov direktorluq edirdi.

Xatırladaq ki, «M Bulak Bank Olmayan Kredit Təşkilatı» 2005-ci ildə yaradılıb, 10.41 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i Qırğızıstanın “Gascoyne Investment Ltd.” şirkətinə məxsusdur. BOKT 2019-cu ili 2.8 milyon manat xalis mənfəətlə başa vurub.

Son xəbərlər
Digər xəbərlər