20 C
Baku
Friday, October 11, 2024

Moldova yardım paketi alacaq

Bu gün Buxarestdə Rumıniya Prezidenti Klaus İohannis, Almaniya Kansleri Olaf Şolts və Moldova Prezidenti Maya Sandu arasında keçirilən görüşdə Moldovaya yardım paketinin ayrılması barədə qərar qəbul edilib.

Bu barədə Rumıniyanın dövlət başçısı görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Moldova Respublikası üçün yardım paketinin təşkili barədə qərar qəbul edilib. Bu paket çoxsahəli olacaq, o, hazırlanır”, – K.İohannis deyib.

“Biz qətiyyətliyik və ekspertlər, avadanlıq, hətta lazım gələrsə, əlavə maliyyə təmin etməklə bu prosesdə iştirak etməyə hazırıq. Moldova Respublikasına birgə dəstək bizim maraqlarımıza uyğundur”, – Rumıniya Prezidenti sözlərinə əlavə edib.

Son xəbərlər
Digər xəbərlər