Moldova Parlamentinin komissiyaları “Moldova dili”nin “Rumın dili”nə dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiq ediblər.
Qanun layihəsinin müzakirə edildiyi bütün komissiyalarında səs çoxluğu ilə qəbul edilib.
Hakim partiyanın deputatlarından olan Petru Frunze bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “Rumın dili” ifadəsinə dəyişdirilməsi ilə bağlı sənəd Konstitusiya Məhkəməsinə göndərilib.