Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanın ən böyük bankı olan ABB-nin uzunmüddətli depozit reytinqini Ba1 səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə “sabit” saxlayıb.
Moody’s qərarını bankın güclü bazar mövqeyi, yaxşı mənfəətliliyi, yüksək kapitallaşma səviyyəsi və kifayət qədər likvidlik ehtiyatları ilə əsaslandırıb.
Agentliyin qiymətləndirməsinə görə, ABB ölkənin bank sektorunda aparıcı mövqeyini qoruyur və maliyyə göstəriciləri reytinq səviyyəsini dəstəkləyir.
Moody’s həmçinin qeyd edib ki, ABB 2026-cı ilin may ayında Özbəkistanda fəaliyyət göstərən Davr Bankda nəzarət paketinin alınması niyyətini açıqlayıb. Agentliyin məlumatına görə, Davr Bank aktivlərinin sayı ABB-nin aktivlərinin təxminən 12%-nə bərabərdir.
Qeyd edək ki, Ba1 reytinqi investisiya səviyyəsindən bir pillə aşağı hesab olunur.







