16 C
Baku
Friday, May 3, 2024

Moody’s “Bank Respublika”nın reytinqini “stabil” proqnozla “B2” səviyyəsinə yüksəltdi

Bakı, 8 avqust 2023 – Moody’s Beynəlxalq Reytinq Agentliyi “Bank Respublika”nın reytinqlərinə yenidən baxdıqdan sonra yerli və xarici valyutada olan bank depozitlərinin uzunmüddətli reytinqlərinin sabit proqnozla B3-dən B2-yə yüksəldiyini açıqlayıb.

Moody’s-in analitikləri qeyd edirlər ki, Bankın kredit reytinqinin (BCA) b3-dən b2-yə yüksəldilməsi, nəzərdən keçirilən dövr ərzində “Bank Respublika”nın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması və gəlirliliyinin yüksəldilməsi istiqamətində uğurlu səylərini əks etdirir.

Agentliyinin hesabatında həmçinin qeyd olunur ki, reytinqlərin yüksəldilməsinə təsir edən mühüm amil bankın gəlirliliyinin yaxşılaşması olub. Belə ki, 2022-ci il ərzində Bank Respublika 24 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin göstəricisini 165% üstələyir. 2022-ci ildə xalis gəlirin maddi aktivlərə nisbəti 1,6% təşkil edib. Moody’s hesab edir ki, növbəti 12-18 ay ərzində Bank Respublika 2018-ci ildən bəri müsbət dinamikanın təsdiqi kimi sabit xalis gəlir əldə etməkdə davam edəcək.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları sırasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər