11 C
Baku
Wednesday, December 11, 2024

“Moody’s” Belarusun reytinqlərini kəskin endirib

“Moody’s Investors Service” (“Moody’s”) beynəlxalq reytinq agentliyi Belarusun üstün hüquqa malik təminatsız borcu üzrə uzunmüddətli kredit reytinqini dörd pillə – “B3″dən “Ca”ya endirib. Proqnoz “mənfi” təsdiqlənib.

Belarusun milli və xarici valyutada olan ölkə tavanı “Caa3” və “Ca”ya endirilib. “Moody’s” bildirir ki, reytinqlərin endirilməsi Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi fonunda Belarusun kredit qabiliyyətinin zəifləməsini əks etdirir.

“Belarus bilavasitə iqtisadiyyatın əsas sektorlarına və maliyyə sisteminə qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə məruz qalır ki, bu da ölkənin onsuz da az olan xarici ehtiyatlarını məhdudlaşdıracaq və onun borclarına xidmət qabiliyyətini təhlükə altına salacaq. Ölkənin xarici mövqeyi, makroiqtisadi və maliyyə sabitliyi daha ağır risklərə məruz qalacaq”, – agentlik qeyd edib.

“Moody’s” vurğulayır ki, hökumətin borc öhdəliklərini ödəmək qabiliyyəti ilə bağlı narahatlıqlar və Rusiyadan hər hansı bir potensial maliyyə dəstəyinin bu məqsəd üçün istifadə olunmayacağına dair gözləntiləri nəzərə alaraq, Belarusun defoltla üzləşəcəyi ehtimalı tədricən artır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər