Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” (“Moody’s”) bu gün dörd Azərbaycan bankının, o cümlədən ABB (Azərbaycan Beynəlxalq Bankı), “Kapital Bank”, “Xalq Bank” və “Bank of Baku”nun əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib.
Bu barədə Banker.az beynəlxalq reytinq agentliyinin rəsmi press-relizinə istinadən xəbər verir.
Bu bankların uzunmüddətli depozit reytinqləri üzrə proqnozlar müsbətdən sabitə dəyişdirilib.
Eyni zamanda, reytinq agentliyi “Moody’s” “Bankı Respublika”nın (Bank Respublika) BCA və depozit reytinqlərini müsbət proqnozla təsdiqləyib.
Moody’s:
(1) Xalq Bankın və Bank of Baku-nun BCA-nın və düzəliş edilmiş BCA-nın b2-dən b1-ə yüksəldilib və “Kapital Bank”ın BCA-nın və düzəliş edilmiş BCA-nın b1-dən ba3-ə yüksəldib, Xalq Bankın və Bank of Bakunun BCA və düzəliş edilmiş BCA-larının b3-dən b2-yə yüksəltməsini təsdiq edilib. Bank Respublika-nın b3 BCA və Düzəliş edilmiş BCA.
(2) ABB-nin uzunmüddətli depozit reytinqlərini B1-dən Ba3-ə, Kapital Bank-ın Ba3-dən Ba2-yə, Xalq Bankın B2-dən B1-ə, Bank of Baku-nun B3-dən B2-yə, Bank Respublika-nın depozit reytinqlərini isə B3 səviyyəsində təsdiqləyib.
(3) ABB, Kapital Bank, Xalq Bank və Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozları dəyişərək, Bank Respublika üzrə müsbət proqnozu saxlayıb.
“Moody’s” rəyi verərkən Azərbaycan banklarının kifayət qədər həcmdə xarici valyuta daxilolmalarını təmin edən yüksək neft qiymətləri sayəsində daha güclü iqtisadi aktivlik və sabit valyuta ilə dəstəklənən yaxşılaşan əməliyyat mühitindən faydalanağını nəzərə alıb.