18 C
Baku
Thursday, April 25, 2024

“Moody’s” gələn ildə neftin qiymətinə dair proqnozunu yeniləyib

“Moody’s Investors Service” Beynəlxalq Reytinq Agentliyi 2022-ci ildə neftin orta qiymətinə dair proqnozunu 50-70 ABŞ dollarınadək artırıb.

Qurumun hesabatında neftə tələbatın artamsı ilə qiymətlərin də qalxacağına dair gözləntilərin yeni proqnozda əks olunduğu bildirilir.

Həmçinin 2022-2023-cü illərdə tələbatın artması ilə neft hasilatının getdikcə daha məsrəfli olacağı güman edilir.

Bununla yanaşı, hesabatda bu il neft və təbii qazın qiymətində böyük artıma baxmayaraq enerji sektoruna qoyulan sərmayələrin pandemiyadan əvvəlki dövrə nisbətən xeyli az olduğu da qeyd olunur: “Araşdırmalarımıza görə, hasilat şirkətləri ehtiyatlarını tam bərpa etmək və gələcəkdə hasilat ixtisarına yol verməmək üçün orta perspektivdə məsrəflərini xeyli artırmalıdır”.

Bu ilin may ayında “Moody’s” “Brent” markalı neftin 2021-ci ildəki orta qiymətini 58 dollar, 2022-ci ildə də 53 dollar səviyyəsində proqnozlaşdırıb

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər