14 C
Baku
Tuesday, May 14, 2024

“Moody`s” İtaliya, Slovakiya və Çexiyanın proqnozunu aşağı salıb

Beynəlxalq reytinq agentliyi “Moody`s” İtaliya, Slovakiya və Çexiya iqtisadiyyatının reytinqi üzrə proqnozu “stabil”dən “mənfi”yə dəyişib. Üç ölkənin xarici və milli valyutada uzunmüddətli emitent reytinqləri əvvəlki səviyyələrdə – müvafiq olaraq Baa3, A2 və Aa3 səviyyəsində təsdiqlənib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Agentlik Çexiya və Slovakiyanın reytinq proqnozlarının pisləşməsini onların tədarükünün azaldığı və ölkələrin iqtisadiyyatına təsir edən Rusiya qazından asılılığı ilə əlaqələndirib. “Moody’s”də İtaliyanın reytinqinə dair proqnozun dəyişməsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatının iqtisadi nəticələri ilə əsaslandırılıb.

İyunun sonunda “Moody`s” Rusiyanın avrobondlar üzrə defolt elan edib. Rusiya Mərkəzi Bankı (MB) Rusiyada defoltla bağlı hesabatları “ayrı-ayrı ekspertlərin qiymətləndirmələri” adlandırıb. Mərkəzi Bank sədrinin birinci müavini Vladimir Çistyuxin Qərb ölkələrini “avrobondlar üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ənənəvi kanalların qırılmasında əli olmasında” günahlandırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər