12 C
Baku
Wednesday, December 11, 2024

“Moody’s” Türkiyənin 2022-ci il üçün iqtisadi artım proqnozunu yüksəldib

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Türkiyə iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu 4.5 %-dən 5.3 %-ə qədər yüksəldib.

Bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin gələn il üçün ÜDM artımı proqnozu 2 %, 2024-cü il üçün isə 3 % səviyyəsində təsdiqlənib.

Daha əvvəl Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verib ki, ölkədə illik inflyasiya sentyabrda 83.45 %, oktyabrda isə 85.51 % təşkil edib.

TÜİK-in məlumatına əsasən, 1 ay ərzində istehlak qiymətlərinin artımı 3.54 % olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər