Moody’s Türkiyənin kredit reytinqini “B2″dən “B3″ə endirib, reytinq proqnozunu isə mənfidən sabitə dəyişdiyini açıqlayıb.
Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq kredit reytinq agentliyi kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyənin valyuta ehtiyatlarının daha da azalması riskini və tədiyyə balansına artan təzyiqləri göstərib.
Agentlik bildirib ki, Türkiyənin bu ilki hesab kəsiri çox güman ki, əvvəlki gözləntiləri böyük fərqlə üstələyəcək.