1 C
Baku
Saturday, December 14, 2024

“Moody’s”dan Azərbaycan manatının sabitliyinə dair açıqlama gəldi

Mübadilə məzənnəsinin sabitliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının pul-kredit siyasəti haqqında məlumatlandırma prosesinin yaxşılaşdırılması ölkənin daxili və valyuta bazarının dinamikasında sabitliyə kömək etməkdə davam edəcək.

Bu barədə Banker.az “Moody’s”in analitiklərinin Azərbaycan verilən kredit reytinqinə dair açıqlamaya istinad edir.

Ümumilikdə, Azərbaycanın siyasi çərçivələrinin təkmilləşdirilməsi əsasən də dövlətin əhəmiyyətli aktivləri sayəsində hökumətin likvidlik riski səviyyəsini düşürdəcəkdir. Bununla belə xarici amillərə qarşı həssaslığının qarşısını alacaq və siyasətin çevikliyini təmin edəcək.

Pandemiya ilə əlaqəli məhdudiyyətlərin tədricən aradan qaldırılması və dünya bazarlarında neft qiymətlərinin yüksək olması Azərbaycanda ÜDM-in artımına səbəb olub. “Moody’s” 2021-ci ildə ÜDM-in real artımının 3,5% səviyyəsində olacağını gözləyir.

Agentliyin qiymətləndirmələrinə görə, yaxın 2-3 il ərzində Azərbaycanda iqtisadi artım orta hesabla illik 3% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər