2 C
Baku
Saturday, December 14, 2024

Moskva Azərbaycan və Ermənistan XİN-ləri arasında sülh danışıqları düzənləməyə hazırdır

Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığında bildirilib.

Diplomatlar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlər əsasında Azərbaycan-Ermənistan normallaşmasının bütün yolları üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb”, – xarici siyasət idarəsinin açıqlamasında bildirilib.

Son xəbərlər
Digər xəbərlər