Ukrayna “Taxıl sazişi” çərçivəsində təşkil edilən dəhlizlərdən hərbi məqsədlər üçün istifadə edib.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Kiyev iyulun 17-də Krım körpüsünə hücum etmək üçün bu dəhlizlərdən istifadə edibmi sualını cavablandıran Kreml sözçüsü bu barədə konkret heç nə deməyəcəyini söyləyib: “Amma bilirsiniz ki, bizim hərbçilər dəfələrlə Ukraynanın taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə etdiyini açıqlayıblar”.