22 C
Baku
Saturday, April 20, 2024

Moskvada Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti görüşü keçirilir

Moskvada Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü keçirilir.

Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı Baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə Baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.

Qeyd edək ki, bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sayca ikinci görüşdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-nin məlumat yayacağı gözlənilir.

Onu da qeyd edək ki, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Rusiya tərəfinin məşvərətçi yardıml ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli razılaşmasına əsasən əldə olunub.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər