6 C
Baku
Saturday, December 14, 2024

Mübariz Mənsimov işə çıxdı – Fotolar

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxıb.

Bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış edib: “350 gün nələr yaşadığınızı bilirəm. Artıq yeni səhifə açırıq. Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir”.

Xatırladaq ki, ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub.

Mubariz Mənsimov1 Mubariz Mənsimov2 Mubariz Mənsimov 22

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər