Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.
Report agentliyi xəbər verir ki, “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.
Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq.