-1 C
Baku
Saturday, December 14, 2024

“Muğanbank” ilə barışdı, aralarında saziş imzalandı

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdindəki Bank Ombudsmanının ofisində vətəndaş Bağırov Abit Abdulla oğlu ilə onun fikir ayrılığının yarandığı “Muğanbank” ASC-nin İdarə Heyəti sədrinin hüquq məsələri üzrə müşaviri Sahib Daşdəmirovun iştirakı ilə görüş keçirilib.

Banker.az ABA-ya istinadən xəbər verir ki, görüşün məqsədi tərəflər arasında barışıq sazişinin imzalanması olub.

Görüşdə Ombudsman tərəfləri dinləyib və fikir ayrılığına səbəb olan məqamları aydınlaşdırıb. Vətəndaşın müraciətinə əsasən, tərəflər arasındakı fikir ayrılığı vətəndaşın banka ABŞ dollarında olan qalıq borcunun olması ilə bağlı yaranıb. Müzakirələrdən sonra bank vətəndaşın səhhətində olan problemləri, şəkərli diabet xəstəsi olmasını, 70 yaşında insult keçirməsini, həmçinin sosial dolanışıq vəziyyətini nəzərə alaraq qalıq borc məbləğini vətəndaşın xeyrinə tam həcmdə güzəştə getməyə razı olduğunu bildirib. Vətəndaş həm Ombudsman İkram Kərimova, həm də ona bu məbləği güzəşt etmiş “Muğanbank”ın rəhbərliyinə minnətdarlıq edib.esassekil

Razılıq əldə olunduqdan sonra İ.Kərimovun iştirakı ilə tərəflər arasında barışıq sazişi imzalanıb.

Xatırladaq ki, Bank Ombudsmanın yaradılması haqda qərar ABA-nın Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 25 bank və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

Son xəbərlər
Digər xəbərlər