Banker.azın verdiyi məlumata görə, “MuğanBank” ASC-nin 30 sentyabr 2020-ci il tarixinə olan maliyyə hesabatında qeyd edilir ki, bank ilin ilk 9 ayı ərzində 21 milyon 285.33 min manat faiz gəliri, 14 milyon 587.99 min manat faiz xərci, 12 milyon 484.07 min manat qeyri-faiz gəliri və 20 milyon 746.63 min manat isə qeyri-faiz xərci edib. Nəticədə, bankın əməliyyatı 1 milyon 565.22 min manatla tamamlanıb. Bundan əlavə bank ilin ilk 9 ayı ərzində 315.52 min manatlıq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma edib. Yuxarıda qeyd edildiyi kimi zərəri 1 milyon 880.74 min manat olub. Lakin, öncəki ildə bankın zərərinin həcmi 8 milyon 254.87 min manat idi.
“MuğanBank” ASC 2020-ci ilin 3-cü rübü ərzində (iyul-sentyabr), cüzi, 30 manat xalis mənfəət əldə edib. Bu da bankın ilin 9 ayı üzrə zərərinin azalaraq 1 milyon 880.74 min manata düşməsinə səbəb olub.
Hazırda bankın balansındakı illərin yığılmış zərəri 26 milyon 267.6 min manatdır.
BALANSI
“MuğanBank”-ın aktivləri 1 oktyabr tarixinə 548 milyon 267.51 min manat təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 17 faiz azalmadır. Bankın aktivlərində azalmada əsas “pay” sahibi banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminin 132 milyon 81.95 min manatdan, 58 milyon 312.44 manata qədər azalmasıdır. Aktivlərin 334 milyon 334.59 min manatını müştərilərə verdiyi kreditlər, 10 milyon 8 min manatı nağd vəsaitlər, 94 milyon 31.19 min manatı isə əmlak olmuşdur.
Bankın öhdəlikləri 463 milyon 418.95 min manat olmuş, bunun, 234 milyon 472.5 min manatı depozitlər, 189 milyon 935.45 min manatı mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri, 21 milyon 539.87 min manatı isə kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər olub.