6 C
Baku
Bazar, Yanvar 16, 2022

“MuğanBank”ın İdarə Heyətində dəyişiklik olub

“MuğanBank” ASC-nin İdarə Heyəti üzvlərinin tərkibində dəyişiklik baş verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Etibar Qasımlı Qasım oğluŞakir Allahverdiyev Nəsib oğlunun adları İdarə Heyəti üzvlərinin siyahısından çıxarılıb. Etibar Qasımlı Baş direktor vəzifəsinə təyin edilib.

Etibar Qasımlı 1991-ci ildən bank sistemində çalışır. 24 yanvar 2005-ci ildən “Muğanbank”ASC-nin İdarə Heyəti sədrinin müavini idi.

Şakir Allahverdiyev 2001-ci ildən bank sistemində çalışır. 3 mart 2006-cı ildən “Muğanbank” ASC-nin Kreditlərə Nəzarət Departamentinin direktorudur. İdarə Heyətinin üzvüdür.

“MuğanBank”ın səhmdarlarının qərarı ilə, Asif Əzizov Əlifərman oğlu İdarə Heyətinin üzvi seçilib. O, buna qədər Risklərin idarəedilməsi departamentinin direktoru idi.

Hazırda banka sədrliyi Elnur Abbasov vəzifənin müvəqqəti əvəzedicisi kimi edir.

Beləliklə, bankın İdarə Heyəti 5 nəfərdən ibarət olacaqdır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər