19 C
Baku
Wednesday, May 29, 2024

Müharibə dövründə Rusiyanın Hindistana və Çinə neft ixracı artıb

Ukrayna ilə müharibə dövründə Rusiyanın Hindistana xam neft ixracı 14 dəfə, Çinə isə 1.6 dəfə artıb. Avropa İttifaqının dəniz yolu ilə ixrac olunan Rusiya xam neftinə embarqo tətbiq etməsi fonunda İtaliyanın İttifaq ölkələrindən bu məhsulun alışı müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfə artıb.

ABŞ, İngiltərə və Avropa İttifaqı ölkələrinin Ukraynada başlayan müharibəyə görə Rusiyadan neftin idxalını azaltması səbəbindən bu ölkədə hasil edilən neft ucuz qiymətə digər ölkələrə satılmağa başlayıb. Ötən il Rusiyadan gündə maksimum 35 min barel xam neft alan Hindistanın 2022-ci ilin yanvar-fevral aylarındakı idxalı cüzi idi. Bu ilin mart ayında bu rəqəm 68 min barelə, noyabr ayında isə 959 min barelə çatıb.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər