10 C
Baku
Wednesday, December 11, 2024

Müharibə veteranlarına güzəştli ipoteka krediti vermək təklif edilir

“Təklif edirəm ki, müharibə veteranları güzəştli ipoteka krediti ala bilən insanlar kateqoriyasına aid edilsin”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

Bundan başqa, deputat müharibə veteranları və onların övladlarının təhsil haqlarından tam azad olunmasa da, müəyyən güzəştlər tətbiq edilməsini təklif edib.

A.Naxçıvanlı xatırladıb ki, hazırda şəhid və qazi olmuş 1-ci qrup əlillərin övladları təhsil haqlarından azaddır.

“Habelə, dövlət qulluğuna qəbul olunmaq üçün DİM imtahanlarında yüksək bal toplayan müharibə iştirakçıları, o cümlədən şəhid övladları 2-ci mərhələdən azad edilsin” – o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər