22 C
Baku
Friday, May 10, 2024

Mühasib-Nəzarətçi – Beyləqan (Demir Bank)

İŞÇININ VƏZIFƏSI:

 Filialın müştəri əməliyyatlarının  normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
 Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin  düzgünlüyünə nəzarət etmək;
 Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqinin etmək;
 Filialın möhür və ştamplarının  işçilərə təhkim olunmasına nəzarət etmək;
 Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;
 Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;
 Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;
 Filialda kassa əməliyyatlarına nəzarət etmək;
 Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;
 Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;
 Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;
 Balansdankənar hesablara nəzarət etmək;
 90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək;
 Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;
 Bank sirrinin qorunmasını təmin edir, bankdaxili korporativ davranış standartlarına və etik normalara riayət etmək, daim bankın imic və mənafeyini qorumaq;
 Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;
 Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə  nəzarət etmək;
 Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank ödəniş sistemində yığımını həyata keçirmək;
 Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək.

TƏLƏBLƏR:

 Ali iqtisadi təhsil;
 Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 fevral 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mühasib-Nəzarətçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər