“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) “Mühasib” vakansiyası.
Vəzifə təlimatları:
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.
Vəzifə ilə bağlı tələblər:
– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
– 1C proqramları ilə işləmək bacarığı;
– Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
Əlavə məlumat:
– İş günləri: həftədə 6 gün
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: 500-800 ₼
– AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.
Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!