23 C
Baku
Tuesday, April 23, 2024

Mühasibatlığın rəisi – VTB bank

Tələblər: 

·         iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;

·         Mərkəzi Bankdan attestasiyanın  nəticəsinin olması zəruridir;

·         rəhbər vəzifədə azı 3 illik iş təcrübəsi;

·         Analitik bacarıqlar, geniş məlumat bazası ilə işləmək bacarığı;

·         Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktları və qanunu ilə tanışlıq;

·         mülki hüquq, maliyyə, vergi və təsərrüfat qanunvericiliyi sahəsində biliklər;

·         kommunikasiya və rabitənin müasir texniki vasitələrindən, kompüterlərdən istifadə etməklə məlumatları işləmə bacarığı;

·         rus və Azərbaycan dillərində sərbəst danışmaq (ingilis dili arzuolunandır), bu dillərdə işgüzar yazışma aparma bacarığı;

·         MS Office – Excel yüksək səviyyədə bilmək;

·         Məsuliyyətlilik, operativlik, ünsiyyətlilik və komandada işləmək bacarığı.

Vəzifələri:

·         müəyyən olunmuş bank normalarına uyğun olaraq təsərrüfat-maliyyə fəaliyyətinin mühasibat uçotunun təşkili və maddi, əmək və maliyyə ehtiyatlarından qənaətli istifadəyə nəzarət;

·         daxil olan pul vəsaitlərinin və digər qiymətlilərin uçotu, Bankın maliyyə fəaliyyətinin xərclər smetasının icrası;

·         əməkdaşların əmək haqqının vaxtlı-vaxtında hesablanması, qüvvədə olan qanunvericilik çərçivəsində marağı olan təşkilatlara və orqanlara ödəmələrin düzgün hesablanması və köçürülməsi;

·         mühasibat hesabatlığının tərtib olunmasının və vaxtlı-vaxtında müvafiq orqanlara müəyyən olunmuş qaydada təqdim olunmasına nəzarət;

·         mühasibat uçotu və nəzarətinin mütərəqqi formalarının tətbiqi;

·         Banka zərər vurulması, maliyyə, vergi və təsərrüfat qanunvericiliyinin pozulması  hallarının qarşısının alınması;

·         mühasibat uçotu, nəzarəti, hesabatlığı və iqtisadi təhlil məsələləri üzrə Bankın struktur bölmələrinə metodik yardımın təşkili.

CV [email protected]  elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını göstərməklə göndərilməlidir)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər