15 C
Baku
Wednesday, April 24, 2024

Multivalyutalı kart nədir və hansı Banklarda təklif edilir?

Tez – tez səyahət edən, internet üzərindən alış –  verişlər edən, həmçinin ölkədaxili ödənişlərini nağdsız formada həyata keçirən müştərilər bank kartı əldə edən zaman valyuta seçimi etməkdə çətinlik çəkirlər. Səbəb isə kartın valyutası və əməliyyat valyutasının fərqli olduğu hallarda müştərilərdən əlavə olaraq “konvertasiya komissiyası” tutulmasıdır.

Əlavə komissiya ödəməmək üçün müştərilər bir çox hallarda məcbur qalıb fərqli valyutalarda bir neçə kart əldə etməli olurlar. Bildiyiniz kimi, Avropa birliyinə daxil olan ölkələrdə kart əməliyyatları EURO üzərindən, ABŞ və Kanada kimi ölkələrdə, həmçinin əksər online alış-veriş saytlarında keçirilən əməliyyatlar isə USD üzərindən konvertasiya edilir. Aşağıda qeyd edilən Banklar müştərilərin konvertasiya komissiyası ödəməməklə bağlı istəklərini nəzərə alaraq xüsusi bir məhsul dizayn etmişlər.

Məhsul “multivalyutalı” kart adlanır və bir karta bağlı 3 (və ya 4) fərqli valyutalı hesab olur. Məhsulun bu formada dizayn edilməsi əməliyyatın növündən və aparıldığı ölkədən asılı olaraq uyğun valyutada olan hesabın seçilməsinə və bu yolla müştərinin əlavə xərclərinin qarşısının alınmasına kömək edir. Aşağıdakı cədvəldə “multivalyutalı” bank kartlarını təqdim edən banklar və kartların tarifləri qeyd edilmişdir:

Bank Kart Hansı valyutalar? Kartın qiyməti Nağdlaşdırma komissiyası (ATM) SMS məlumatlandırma Digər valyutalarda əməliyyatlar zamanı konvertasiya komissiyası
Ölkədaxili Ölkəxarici
NBC Bank MC / Visa Gold Multivalyuta AZN/USD/EUR 1 il – 30 AZN

2 il – 40 AZN

3 il – 50 AZN

NBC Bank – 1%

Digər Bank – 1.5%

2% Aylıq – 1.2 AZN Əsas valyuta AZN – 1%

Əsas valyuta USD/EUR – 0.5%

Visa Platinium Multivalyuta AZN/USD/EUR 1 il – 50 AZN

2 il – 80 AZN

3 il – 100 AZN

NBC Bank – 1%

Digər Bank – 1.5%

2% Aylıq – 1.2 AZN Əsas valyuta AZN – 1%

Əsas valyuta USD/EUR – 0.5%

Kapital Bank Visa Trio Gold AZN/USD/EUR 1 il – 45 AZN

2 il – 65 AZN

3 il – 85 AZN

Kapital Bank – 1%

Digər Bank – 1.5%

1.5% Pulsuz 0.5%
Visa Trio Platinum AZN/USD/EUR 1 il – 60 AZN

2 il – 90 AZN

3 il – 110 AZN

Kapital Bank – 1%

Digər Bank – 1.5%

1.5% Pulsuz 0.5%
Visa Trio Infinite AZN/USD/EUR 1 il – 350 AZN

2 il – 550 AZN

3 il – 650 AZN

Kapital Bank – 1%

Digər Bank – 1.5%

1.5% Pulsuz 0.5%
**VTB Bank Visa Classic AZN/USD/EUR / RUB 1 il – 10 AZN

3 il – 25 AZN

VTB* – 1%

Digər Bank – 1.5%

1.5% Aylıq – 2 AZN 0.8%
Visa Gold AZN/USD/EUR / RUB 1 il – 30 AZN

3 il – 70 AZN

VTB* – 1%

Digər Bank – 1.5%

1.5% Aylıq – 2 AZN 0.8%
Visa Platinium AZN/USD/EUR / RUB 1 il – 50 AZN

3 il – 100 AZN

VTB* – 1%

Digər Bank – 1.5%

1.5% Aylıq – 2 AZN 0.8%

 

*VTB Bank multivalyutalı kartları ilə Paşabank və Nikoil Bank ATM-lərində nağdlaşma komissiyası 1% təşkil edir.

**VTB Bank multivalyutalı kartlarında digər üstünlükləri: Depozit funksiyası və Cash – Back funksiyası.

Depozit funskiyasi – Kart üzrə hesabdakı qalıq məbləğinə əlavə gəlir  hesablanır. Kartın valyutasından asılı olaraq, gəlir üzrə faiz dərəcəsi illik 0,5%-dən 4,5%-dək dəyişə bilər.

Cash – Back funksiyası – xarici ölkələrdə 100 AZN ekvivalentindən yuxarı olan nağdsız əməliyyatlar zamanı xərclərin 0,5% geri qayıdır.

Banker.az monitorinq qrupu olaraq bildirmək istərdik ki, müvafiq məhsulu təklif edən 3 Bank arasında bizə görə ən sərfəlisi VTB Banka məxsus multivalyutalı kartlardır. Kartın qiymətinin digər rəqibləri ilə müqayisədə münasib olması, həmçinin tıklif etdiyi digər üstünlüklər bu qənaətə gəlməyimizə əsas veri.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər