13 C
Baku
Friday, May 17, 2024

Müqavilə əsasında xidmət göstərən fiziki şəxsin vergi öhdəliyi nədir?

Müqavilə əsasında xidmət göstərən şəxslər vergi orqanında uçotda olduqda və ya olmadıqda vergiləri necə ödəməlidirlər?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu şərh edən vergi qanunvericiliyi eksperti Təhməz Qaçayevin sözlərinə görə, fiziki şəxs vergi orqanında uçotda olduğu halda, mülki müqavilə əsasında xidmət göstərərsə, bu halda onun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və gəlirlərindən (xərclər çıxılmaqla) 20 faiz dərəcə ilə gəlir vergisi hesablanmalıdır.

Ekspert əlavə edib ki, fiziki şəxs mikrosahibkarlıq subyekti olduqda isə gəlirlərinin və xərclərinin ayrılıqda uçotu aparılmaqla gəlirlərinə 75 faiz güzəşt hüququ əldə edir. Həmin şəxs vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməlidir.

Mülki xarakterli müqavilə ilə çalışan vergiödəyicisinin məcburi dövlət sosial sığorta haqqı isə minimum aylıq əməkhaqqı məbləğinin 25 faizi həcmində müəyyənləşdirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər