15 C
Baku
Sunday, May 5, 2024

Müsahibə öncəsi yersiz qorxular

Qiymətləndirilməmək qorxusu

Tez-tez namizədlər müsahib tərəfindən yüksək qiymətləndirilməmək qorxusu yaşayırlar. Bu hadisə ilə biz bütün həyatımız boyu qarşılaşa bilərik və qorxmaq lazım deyil ki, bu qiymətləndirmə sizi bütün ömrünüz boyu müşayiət edəcək. Burada həmçinin müsahibinizin bacarıq səviyyəsini də nəzərə almaq lazımdır. Əgər siz hansısa səbəbə görə bu işə uyğun deyilsinizsə, bu o demək deyil ki, sizin heç bir bacarığınız yoxdur. Əgər müsahibinizin sizin bacarıqlarınızı lazımınca qiymətləndirmədiyini düşünürsünüzsə o zaman şöbə rəhbəri ilə danışmağı tələb edə bilərsiniz.

Çətin sual qorxusu

Bəzi müsahiblər namizədə çətin suallar verməyi sevirlər və hətta stress-müsahibə yaradırlar. Bu namizədlərdə nəinki qıcıqlanma, hətta qorxu hissi də yaradır. Lakin bu sadəcə müsahib tərəfindən idrakın və özünü idarənin yoxlanılmasıdır. Belə bir vəziyyətə düşməkdən qorxmaq sadəcə şəxsin özünü yaxşı tərəfdən göstərməsinə mane ola bilər. Təbii olun, bu sadəcə oyunun bir parçasıdır və həyatınız üçün kritik təsirlərə malik deyil.

Rədd edilmə qorxusu

İstər şəxsi həyatda, istərsə də professional fəaliyyətdə heç kim rədd edilməyi sevmir. Lakin unutmaq lazım deyil ki, tək şirkət sizi seçmir, həmçinin siz də şirkəti seçirsiniz. Bununla yanaşı, professional iş fəaliyyəti üçün bir çox hallarda rədd cavabı almağa hazır olmaq lazımdır. Məsələyə müsbət cəhətdən baxmaq lazımdır, belə ki, uğursuzluqlar və səhvlər mənəvi cəhətdən yüksəlməyə xidmət edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər