26 C
Baku
Wednesday, April 24, 2024

Müsahibələr zamanı səslənən 13 ən ağlasığmaz suallar

Siz fikirləşirdiniz ki, müsahibələr zamanı verilən axmaq, açmaca-sualların dövrü keçib? Xeyr, bu belə deyil. Dünyanın nəhəng şirkətləri namizədlərə işgəncə verməyə davam edirlər. Google şirkəti müsahibələr zamanı açmacalardan istifadə edilməsinə qadağa qoyub. Və onların namizədlərin seçimində faydasız olduğuna qərar verib. Lakin digər şirkətlər müsahibələr zamanı insanları açmacalarla incitməyə davam edirlər. Belə sualların namizədlərin bazarı qiymətləndirmək bacarıqlarını, onların kreativliyini və stresə davamlığını yoxladığı nəzərdə tutulur. Lakin bəzi suallara məşhur karyera sahibləri belə cavab verə bilməyiblər.

1. ABŞ-da neçə yanacaq doldurma məntəqəsi var?

Əgər Microsoft-da baş proqrammist olaraq işləmək istəyirsinizə, bazarın ölçülərini cəld təyin etməyə hazır olun. Bu suala necə cavab vermək olar? İlk növbədə 30 min əhalisi olan şəhərdə neçə yanacaq doldurma məntəqəsi ola biləcəyini qiymətləndirin. Daha sonra ABŞ-ın bütün əhalisinə hesab edin ( 314 milyona yaxın ) . Qeyd üçün: ABŞ əhalisinin siyahıyaalınma bürosuna əsasən, 2008-ci ildə 117 min yanacaq doldurulma məntəqəsi qeydiyyata alınıb. Təxminən, 2,5 nəfərə 1 yanacaq doldurulma məntəqəsi düşür.

2. Siz kalkulyatoru necə yoxlayardınız?

Bu sual 2013-ci ilin may ayında İBM şirkətində mühəndis-proqrammist vəzifəsinə namizəd olan şəxslərə verilib. Sual olduqca genişdir. Siz təxminən belə cavab verə bilərsiniz: “ Mən ilk növbədə hesablamaların dəqiqiliyini yoxlayardım. Daha sonra hesablamağa başlamamışdan əvvəl heç bir səhvin olmayacağına əmin olmaq üçün cihazın əsas funksiyalarını: yandırılma düyməsini, əvvəl nəticələrin silinmə düyməsini və s. yoxlayardım. Sizin namizəd olduğunuz vəzifə nə qədər yüksəkdirsə, bir o qədər də siz kalkulyator aləminə qərq olmalısınız.

3. Floridada qolf üçün neçə top var?

2013-ci ildə İBM-də bu sualı əməliyyat sualları üzrə mütəxəssislərə veriblər. Bu suala cavab vermək üçün , ABŞ-ın əhalisinin sayını yada salın. Neçə faiz insanın qolf oynadığını hesab edin. Sonra isə hər bir oyunçunun il ərzində istifadə etdiyi topları sayını. Neçə faiz oyunçunun Floridanın payına düşdüyünü qiymətləndirin. 50% istifadə olunmayan və lazımsız topların sayını əlavə edin. Beləliklə: ABŞ-da qolf üçün 2 milyard top var, üstəlik 1 milyard köhnə və istifadə olunmayan toplar. ABŞ-ın bütün qolf kurslarından Floridanın payına 7% yaxın düşür. Ona görə də Floridada qolf üçün 210 miyon topun olduğunu deyə bilərik.

4. Nyu-Yorkda nə qədər küçə işıqları var?

JPMorganChase-də namizədlərə bazarın ölçülərinin qiymətləndirilnəsinə aid suallar verirlər. Bu suala cavab vermək üçün Manxettenin xəritəsində üfuqi və şaquli məhəllələrin sayını hesablayın. Daha sonra hər bir məhəllədə küçə işıqların sayını. Və şəhərin hər beş rayonundakı küçə işıqlarının sayını hesablamaq üçün artıq yalnız beşə vurmaq qalır.

5. Alma 40 sentə, banan 60 sentə, qreypfrut isə 80 sentədir. Armudun qiyməti nə qədər olacaq?

Əməkdaşlarının sağlamlığının keşiyində duran texnolojı şirkət EpicSystems layihə rəhbərlərini və müşavirləri meyvəli açmacalar ilə yoxlayır. Mümkün olan cavablardan birini tapmaq üçün açmacanın orijinal dilinə müraciət edək. Hər sait hərfə görə 20 sent ödəsək, o zaman almaya görə (apple) 40 sent, banana görə (banana) 60 sent və qreypfruta görə 80 sent ödəyəcəyik. Beləliklə, armudun (pear) qiyməti 40 sent təşkil edir.

6. ABŞ-a nə qədər plastik paket lazımdır?

2013-ci ildə Bain&Company-da təcrübə keçmək istəyənləri bazarın təhlili ilə bağlı fəndgir bir sual gözləyirdi. Yalnız əhalinin sayının təhlili bu məsələdə kifayət deyil. Sadə vətəndaşların, biznesin, dövlət müəssisələrinin tələbtlarını nəzərə almaq lazımdır. Həmçinin bəzi ştatlarda plastik paketlərdən istifadə edilmədiyini də unutmayın. Hesablamalara əsasən, hər il ABŞ-da 380 milyarddan çox paket istifadə edilir.

7. 30 illik komadan çıxmış insan üçün interneti izah edin.

Dijitas şirkətində analitik vəzifəsinə namizədlər hər gün istifadə etdiklərini təsvir etməlidirlər. Əgər koma ilə bağlı bu ssenarini başınızdan ata bilsəniz, onda sağlam şəkildə düşünə biləcəksiniz. Siz interneti insana 30 il əvvəl məlum olan nə ilə sə müqayisə edə bilərsiniz. Məsələn, fantastik filmlərdən bəhrələnə bilərsiniz. Əgər insan təmamilə heç nə bilmirsə, siz öz hekayənizə yumor əlavə edə bilərsiniz. Çox güman ki, müsahibəni qəbul edən sizin onun xoşuna gəlmək cəhdlərinizə inciməyəcək.

8. Bu informasiyalardan hansı 30 mərtəbəli binada çalışan insanların sayını öyrənək üçün daha səmərilidir?

a) dayanacaqdakı avtomobillərin sayı

b) kafeteryada nahar edənlərin sayı

c) 11-ci mərtəbədəki insanların sayı

2013-ci ilin may ayında AmericanExpress strateji təhlilin və test aparmanın meneceri vəzifəsinə namizəd olanlara bu sualı verirdi.

Əlavə məlumatsız variantlardan heç biri sualı cavablandırmaq üçün yetərli deyil. Bina haqqında məlumatı dəqiqləşdirməyə çalışın. O mərkəzdə yerləşir, yoxsa şəhər kənarında. Bunu dəqiqləşdirdiyimiz zaman insanların işə şəxsi avtomobillə deyil, ictimai nəqliyyat ilə gəldiyini təxmin edə bilərik. Əks halda binada çalışanların sayını bir mərtəbədəki nsanların sayına uyğun tapmalı olacağıq. Burada əsas məsələ öz cavabını əsaslandırmaqdır.

9. Tayms skverdə yerləşən Starbucks kafesinin illik gəliri nə qədər təşkil edir?

Bu sualı isə MorganStanley şirkətində analitik vəzifəsinə namizəd olanlara verilir. Əgər orta qəbzin məbləğini və bir saat ərzində kafeyə gələnlərin sayını təxmin etsək, bu sualı cavablandıra bilərik. 24 saata və 365 günə vurarıq. Qeyd: Starbucks-un bir müəssisəsinin il ərzində orta hesablamalarla gəliri təxmini bir milyon dollar təşkil edir. Tayms-skverdə əhalinin sayı çox olduğu üçün, gəlirlər artır.

10. Alim Petrinin fincanına bakteriyalıları günorta yerləşdirir. Hər dəqiqə bakteriya iki hissəyə bölünür. Saat 1də fincan təmamilə dolur. Nə zaman fincan yarıya qədər dolu idi?

Bu T3 Tranding Group şirkətinin sualıdır. Bakteriyaların artımını həndəsi silsiləsi ilə hesablamayın. Onun növü haqqında da fikirləşməyin. Ümumiyyətlə çox fikirləşməyin. Əgər bakteriyalar hər dəqiqə ikiyə bölünürsə və saat 1də fincan tamamilə dolursa, onda yarıya qədər fincan bir dəqiqə əvvəl, saat 12:59 da dolu olub.

11. Böyük Britaniyada McDonald’s restoranı il ərzində neçə kiloqram kartof satır?

Bu sual 2013-ci ilin fevral ayında idarəetmə üzrə müşavir vəzifəsinə namizəd olanlar üçün müsahibədə səslənib. Suala cavab vermək üçün bölgələrdə yerləşən restoranların sayını hesablayın. Gündəlik fri-kartofunun və kartof oladyasının sifarişlərin sayını təyin edin. Sifarışləri kiloqramlara çevirin. Gərək riyaziyyat ilə problemləriniz olmasın. Qeyd: 2011-ci ildə Böyük Britaniyada McDonalds il ərzində 200 min kiloqrama yaxın kartof tükədib.

12. Beş müxtəlif yaşlarda olan insanların dəyirmi masa arxasında artan və yaxud azalan qaydada oturmaq ehtimalları nə qədərdir?

Bu sualı özünə köməkçi axtaran ticarətçi verib. Bu cür həll etməyə çalışaq: insanların rəqəmləri 1, 2, 3, 4, 5 onların yaşını göstərir. Onların azalan və yaxud artan qaydada oturmaqlarının beş üsulu var: { 1 2 3 4 5 } { 2 3 4 5 1 } və s. Masa arxasında oturuşların ehtimal: 5 x 4 x 3 x 2 x 1 . 5 x 4 x 3 x 2 –ni beşə bölürük. 1/24 ehtimalını alırıq.

13. Sizin 12 qəpiyiniz var. Onlardan biri digərlərindən çəkisinə görə fərqlənir. Yalnız üç dəfə ölçmək şansınız olduğu halda çəkidə fərqlənən qəpiyi tapın.

Bu sual Çikaqonun biznes-xidmətlər göstərən şirkətlərinin birində səslənib. Belə bir həll üsulu təklif edilib: “ On iki qəpiyi, heç bir qəpiyin digər qrupda iştirak etməmək şərti ilə, üç qrupa bölmək lazımdır. “

Aşağıda bu tələbə uyğun mümkün paylanma üsulları göstərilib:

1, 2, 7, 10 3, 4, 6, 9-a qarşı

1, 3, 8, 11 2, 5, 6, 7-yə qarşı

2, 3, 9. 12 1, 4, 5, 8-ə qarşı

Əgər nəticə eyni deyilsə, 8-ci qəpiyin digər qəpiklərindən fərqli olaraq çəkisinə görə yüngül olduğunu müşahidə edə bilərik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər