Azərbaycanın bank sektoru ümumilikdə ciddi kadr dəyişikliklərinə alışqan deyil. Düzdür, ara-sıra hansısa bankın Müşahidə Şurası və ya İdarə Heyətinin sədri dəyişir, lakin bunu mətbuatın dili ilə desək “gündəmi partladacaq bomba” adlandırmaq olmaz. Biz daha çox müavin və ya üzv səviyyəsində kadr dəyişikliyinə alışmışıq.
APA Economics Azərbaycan banklarında uzun müddət Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsini tutan şəxslərlə bağlı araşdırma aparıb.
Öncədən bir zəruri qeyd aparaq ki, bəzi bankların rəhbər şəxsləri barədə nə bankın saytında, nə də digər resurslarda dolğun məlumat yoxdur.
Başlayaq Müşahidə Şurası sədri vəzifəsini tutan şəxslərdən. Burada mütləq lider “AmrahBank”ın rəhbəri Yunis İldırımzadədir. 1993-cü ildə bankı təsis edən təcrübəli bankir həmin dövrdən banka rəhbərlik edir.
İkinci yerdə “DəmirBank”ın rəhbəri Rəhman Hacıyev qərarlaşıb. Öncədən qeyd edək ki, R. Hacıyev 1977-ci ildən bank sistemində çalışır. 1989-cu ildə “DəmirBank”ı təsis edən R. Hacıyev 1994-cü ilədək bankda İdarə Heyətinin, həmin dövrdən bu günə qədər isə Müşahidə Şurasının sədridir.
Üçüncü yerdə birdən-birə üç bankir qərarlaşıb – Çingiz Əsədullayev (“AGBank”), Elçin İsayev (“Bank of Baku”) və Rasim Poladov (“Parabank”). Hər üç şəxs 1997-ci ildən Müşahidə Şurasının sədri kimi çalışır.
İlk beşlikdə daha bir təcrübəli bankirin adına rast gəlmək olar. “Rabitəbank”ın rəhbəri Zakir Nuriyev 1998-ci ildən bankın sükanı arxasındadır. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidentidir.
Müşahidə Şurası sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik:
Bankın adı |
Bankir |
Təyinat |
Amrahbank |
Yunis İldırımzadə |
1993 |
DəmirBank |
Rəhman Hacıyev |
1994 |
AGBank |
1997 |
|
Bank of Baku |
Elçin İsayev |
1997 |
Parabank |
Rasim Poladov |
1997 |
Rabitəbank |
Zakir Nuriyev |
1998 |
Muğanbank |
Elmir Mehdiyev |
2000 |
Unibank |
Eldar Qəribov |
2002 |
Zaminbank |
Nadir İsmayılov |
2004 |
Bank Respublika |
Elçin Quliyev |
2005 |
Turanbank |
Fuad Musayev |
2007 |
AtaBank |
Əşrəf Kamilov |
2008 |
Expressbank |
Fəxrəddin Bağırov |
2009 |
YapıKredi Azərbaycan |
Faik Açıkalın |
2009 |
Azərbaycan Sənaye Bankı |
Zeynab Konyar |
2010 |
AccessBank |
Orhan Aytemiz |
2011 |
Bank Silk Way |
Mirsəməd Mövsümzadə |
2012 |
Bank VTB (Azərbaycan) |
Vasiliy Titov |
2013 |
Azər Türk Bank |
Famil İsmayılov |
2014 |
Bank Avrasiya |
Fuad Aslanov |
2014 |
Bank Standard |
Kamal İbrahimov |
2014 |
Ziraat Bank Azərbaycan |
Hüseyin Aydın |
2014 |
Bank BTB |
Rza Sadiq |
2015 |
Kapital Bank |
Cəlal Qasımov |
2015 |
PAŞA Bank |
Mircamal Paşayev |
2015 |
Deka Bank |
Sürəyya Ağayeva |
– |
Günay Bank |
Mahmud Məmmədov |
– |
Beynəlxalq Bank |
Azər Bayramov |
– |
KredoBank |
Müşfiq Vəkilov |
– |
NaxçıvankBank |
Vasif Kazımov |
– |
Xalq Bank |
Asim Məmmədli |
– |
Ən uzun müddət İdarə Heyətinin sədri vəzifəsini tutan şəxs isə “Unibank”ı təmsil edən Faiq Hüseynovdur. F. Hüseynov bu vəzifəyə 2002-ci ildə təyin olunub.
İkinci yerdə “Bank Respublika”nın İdarə Heyətinin sədri Xədicə Həsənova qərarlaşıb. Xanım bankir 2006-cı ildən etibarən idarəetməni əldən vermir.
“Günay Bank” İdarə Heyətinin sədri Emin Ağayev və onun “Parabank”dan olan həmkarı Vəli Quliyev isə 2007-ci ildən bu günədək az öncə qeyd edilən vəzifəni tuturlar.
“Muğanbank”ın İdarə Heyətinin sədri Elmir Həsənov isə bu vəzifəyə 2008-ci ildə təyin olunub. Həmin ildən “Zaminbank”ın idarə olunmasına nəzarət edən Zəhra Quliyeva isə bank sektorunda rəhbər vəzifə tutan azsaylı xanımlardandır.
Bəzi maraqlı detallara toxunmasaq da olmaz. Məsələn, “DəmirBank”ın İdarə Heyətinin sədri Fərid Abuşov bu vəzifəyə yenicə təyin olunub. O təcrübəli bankir Roman Əmircanovu əvəzləyib. R. Əmircanov isə hazırda bankın Müşahidə Şurasında fəaliyyətini davam etdirir.
Bundan başqa, “Ziraat Bank (Azərbaycan)” 2014-cü ilin sonunda fəaliyyət başlayıb.
İdarə Heyəti sədrlərinin vəzifəyə təyin olunduğu illəri əks etdirən cədvəli təqdim edirik:
Bankın adı |
Bankir |
Təyinat (il) |
Unibank |
Faiq Hüseynov |
2002 |
Bank Respublika |
Xədicə Həsənova |
2006 |
Günay Bank |
Emin Ağayev |
2007 |
Parabank |
Vəli Quliyev |
2007 |
Muğanbank |
Elmir Həsənov |
2008 |
Zaminbank |
Zəhra Quliyeva |
2008 |
Expressbank |
Emin Məmmədov |
2009 |
AccessBank |
Michael Hoffmann |
2012 |
Bank Silk Way |
Elçin Əhmədov |
2012 |
Kapital Bank |
Rövşən Allahverdiyev |
2013 |
Bank Standard |
Abbas Nəsibov |
2014 |
Bank VTB (Azərbaycan) |
Yuriy Yakovlev |
2014 |
Rabitəbank |
Elçin Qədimov |
2014 |
Ziraat Bank Azərbaycan |
Avni Demirci |
2014 |
Amrahbank |
Emil Həsənov |
2015 |
Azərbaycan Sənaye Bankı |
Doğan Tandoğan |
2015 |
Azər Türk Bank |
Fərhad Adıgözəlov |
2015 |
Bank Avrasiya |
Rüfət Kərimov |
2015 |
Bank BTB |
Samir Qocayev |
2015 |
Bank of Baku |
Abbas İbrahimov |
2015 |
Beynəlxalq Bank |
Elmar Məmmədov |
2015 |
PAŞA Bank |
Taleh Kazımov |
2015 |
YapıKredi Azərbaycan |
Cenk Yüksel |
2015 |
AGBank |
Əfqan Cəlilov |
2016 |
AtaBank |
Dəyanət Quliyev |
2016 |
DəmirBank |
Fərid Abuşov |
2016 |
Deka Bank |
Niyazi Vəliyev |
– |
KredoBank |
İlqar Məlikov |
– |
NaxçıvankBank |
Azər Məmmədov |
– |
Turanbank |
Nazim Sadıqov |
– |
Xalq Bank |
Elxan Ağayev |
– |