8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

“Music Gallery” şirkətinə yeni İcraçı Direktor təyin edilib

“Music Gallery” şirkətində İcraçı Direktor təyinatı olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, Seyidov Elfaq Eynur oğlu “Music Gallery” şirkətinə İcraçı Direktor vəzifəsinə təyin edilib.

Elfaq Seyidov 1 oktyabr 2021-ci il tarixindən başlayaraq bu vəzifənin icrasına başlayıb.

Qeyd edək ki, Elfaq Seyidov buna qədər Optimal Elektronika mağazalar şəbəkəsinin Audit departamentinin direktoru və Maliyyə direktoru vəzifələrində çalışıb.

Onu da bildirək ki, Seyidov Elfaq Eynur oğlu əmək fəaliyyətinə 2004-cu ildə SOCAR-ın struktur bölməsi olan Azneft İB-də başlayıb. 2010-cu ilə qədər iqtisadçı və mühasib vəzifələrində çalışıb. 2010-cu ildən 2020-ci ilədək SOCAR-ın struktur bölmələrinin birində Maliyyə və vergilər şöbəsinin rəisi vəzifəsində işləyib.

O, bir çox iri həcimli şirkətlərin daxili audit yoxlamalarını həyata keçirib. Həmçinin, Elfaq Seyidov 2009-cu ildən ACCA DipİFR (Diploma in International Financial Reporting) təlimlərinin və digər ACCA təlimlərini tədris edir.

Son xəbərlər
Oxşar xəbərlər
X