18 C
Baku
Thursday, April 25, 2024

“Müştərək istehlak” yaxud bərabərsizliyə aparan yol

İlk öncə qeyd edək ki, müştərək istehlak – məhsul və xidmətlərin kollektiv istifadəsini, sahib olmaq əvəzinə barter və icarəsini nəzərdə tutan iqtisadi modelin təsviridir. Müştərək istehlak, yaxud paylaşım iqtisadiyyatı üçün nəhəng ticarət platformalarına nümunə olaraq eBay və Craiglist, həmçinin daşınmaz əmlak nümunələrinin online icarəsi üçün nəzərdə tutulmuş Airbnb çıxış edir.

Müştərək istehlak – “bəzən hər hansı məhsula sahib olmaqdansa müvəqqəti olaraq onun əlçatan olmasına pul ödəmək daha rahatdır” ideyasına əsaslanır.

Müştərək istehlak modelinə əsaslanan ticarət platformaları vərdiş, məhsul, xidmət və pul mübadiləsi etməyə imkan verir.

Müştərək istehlak konsepsiyası «What’s Mine Is Yours: The Rise of Collaborative Consumption» kitabının müəllifləri Reyçel Botsman və Ru Rodcers tərəfindən yaradılıb. 2010-cu ildə Time Magazine müştərək istehlak konsepsiyasını dünyanı dəyişən 10 ideyadan biri adlandırmışdı.

 

Paylaşım iqtisadiyyatı iş icra edən və yaxud xidmət göstərən şəxslərin, həmçinin ümumilikdə iqtisadiyyat hesabına, öz yaradıcılarına fayda qazandırır. Və paylaşım iqtisadiyyatı üçün real səbəblər çox sadədir.
Bu üsuldan istifadə edən sahələr adətən qeyri-effektiv fəaliyyət göstərir. Zamanla qayda və qanunlar dar çərçivədə konkret şəxslərin marağına qulluq etməyə başlayır. Bu zaman rəqabətlilik enir, inkişaf isə ləngiyir.
Paylaşım iqtisadiyyatının tərəfdarları iddia edirlər ki, bu halda rəqabət adətən mükəmməl məhsulun ərsəyə gətirilmə şərtlərini yaradır.

Sharing economy (paylaşım iqtisadiyyatı, müştərək istehlak), daha doğrusu – insanlar internet vasitəsilə mənzil, avtomobil, velosiped və digər az istifadə etdikləri əşyaları icarəyə verirlər.

Paylaşım iqtisadiyyatı zəif iqtisadi artım və əmək bazarında yaşanan depressiyaya cavab olaraq yaranıb. İş tapa bilməyən işçilər və yaxud əlavə gəlir əldə etməyə ehtiyacı olan şəxslər bu platformadan əlavə qazanc əldə etmək məqsədilə istifadə ediblər.
Bu fəaliyyət növü müqaviləli və müvəqqəti işə doğru aparan tendensiyanın bir hissəsidir və əmək bazarında real vəziyyəti gizlədir. Həmçinin o işçi qüvvəsinə sərf edilən xərclərin azaldılmasına istiqamətlənmiş qlobal prosesin bir hissəsidir.

İnkişaf qeyri professional işçi qüvvəsinə təsir etdiyi kimi, professional işçi qüvvəsinə də təsirsiz ötüşmür. Şərqi Avropa, Asiya, Afrika və Latın Amerikasından olan mühəndis, radioloq və dizayner mütəxəssislər inkişaf etmiş iqtisadiyyata sahib ölkələrdən olan kolleqalarının bu bazara girişinə əngəl törədir. Bir dəfə iqtisadçı Cey Dudl bu haqda demişdi: “İşçi qüvvəsinin bir yarısını digər yarısını öldürmək üçün işə götürmək”.

1914-cü ildə Henri Ford işçilərin gündəlik əmək haqqını 2,34 dollardan 5 dollara yüksəltdi. O bu addımını onunla izah etdi ki, insanlara nə qədər çox pul ödəsən, onlar öz istehsal etdikləri avtomobilləri almaq şansına sahib olacaqlar. Son nəticədə gəlir səviyyəsinin azaldılması istehlakı və iqtisadi fəallığı azaldır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər