Vəzifə: Fəaliyyətə başlaması nəzərdə tutulan “Göyçay” filialının Müştəri xidməti şöbəsinin stajçı kassiri/ kassiri
Əmək haqqı: (380 AZN-dən 700 AZN-dək)
Qeyd: Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (380AZN) ödənilməklə stajçı kassir götürülə bilər.
İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə
Şəhər: Göyçay
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və onları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:
İŞİN TƏSVİRİ:
• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34