Tələblər:
- Ali və ya orta ixtisas təhsilinin olması;
- Yüksək ünsiyyət qabiliyyətinin olması;
- Gülərüz, səbirli və mehriban olması;
- Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi üstünlükdür);
- Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
- Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
- Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
- Xanım namizədlərə üstünlük veriləcəkdir.
Öhdəliklər:
- Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
- Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
- Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
- Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
- Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin olunmasının təmin edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər 31.08.2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – İmişli” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.