İLin əvvəlinə başlarkən 192,21 mln. manat cəmi aktivə malik olan “Günay Bank” ASC-nin (Bank haqqında ətraflı) aktivləri azalaraq 173,76 mln. manata yuvarlanıb.
Banker.az bu barədə Bankın 2018-ci ilin III rübünə dair maliyyə hesabatına istinad edir.
Hesabatda deyilir ki, cəmi akitvlərin cəmi 135,42 mln. manatı müştərilər tərəfindən cəlb olunan kreditlərdir. Bu isə ilin əvvəlində 139,5 mln. manat və hətta bu ilin II rübündə 147,73 mln. manat idi. Bu onu göstəriri ki, elə məhz əsas səbəbkar Bankdan kredit alanların azalmasıdır. Bankın III rübə göstərdiyi rəqəmlərə istinad etsək görərik ki, portfelin 114,6 mln. manatı xalis kreditlərdir.
“Günay Bank”ın öhdəlikləri də azalmaqdadır. Belə ki, II rübdə 120,97 mln. manat olan öhdəlikləri III rübdə 111,87 mln. manata düşüb. Şübhəsiz ki, əsas azalma səbəbi depozit portfelinin ilin əvvəlindən başlayaraq kiçilməsidir.
Oxşar yazı: “Günay Bank” səhmdarları 5 ildir bankdan xeyir görmür
Cari ilin ilk rübündə 89,48 mln. manatlıq depozit portfelinə sahib olduğu halda cəmi ay ərzində 22% əriyərək 69,83 mln. manata düşüb. İlə başlarkən isə bu rəqəm 86,06 mln ətrafında idi.
Qeyd edək ki, Bank ilin 9 ayı ərzində 6,48 mln. manat faiz gəliri etməklə, 1,91 mln. manatlıq xalis mənfəət əldə edə bilib.
Oxşar yazı: Bank səhmdarlarının sığorta biznesindən qazancı məlum olub
Xatırladaq ki, bankın hazırda cəmi kapitalı 61,89 mln. manatır. Bankın nizamnamə kapitalı isə 64 910 093,00 manat təşkil etməklə 9 nəfər fiziki şəxs tərəfindən paya sahibdir. (Səhmdarlar burada)