10 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Müştərilərinə daha çox məbləği zaminsiz etibar edən Bank hansıdır? – Zaminlik şərtləri

Müştərilərinə daha çox məbləği zaminsiz etibar edən Bank hansıdır? – Zaminlik şərtləri

0
Müştərilərinə daha çox məbləği zaminsiz etibar edən Bank hansıdır? – Zaminlik şərtləri

Kredit bazarının hazırı durumunu analiz etsək, məlumuz olar ki, istehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan Bank məhsullarındandır. Bu kreditlərin rəsmiləşməsi proseduru əksər banklarda çox qısa vaxt alır. Bu səbəbdən müştəri təhlili baxımından biznes kreditləri ilə müqayisədə nağd istehlak kreditləri nisbətən riskli hesab olunur. Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri mənmuniyyətini və loyallığı qorumaqla yanaşı riskləri də düzgün tənzimləməlidirlər. Əks halda bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər. Bu üsullar içində ən geniş yayılanlardan zaminlik tələbini qeyd edə bilərik. Banker.az monitorinq qrupu olaraq Bankların girovsuz  təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbini araşdırmışıq. Araşdırma nəticəsində belə bir qənaətə gəldik ki, Banklar əsasən kredit məbləğinə və müddətinə, müştərilərin rəsmi gəlirlərinə və kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər. Bəzi banklarda isə bu tələb fərdi olaraq, komitə qərarı əsasında müəyyən edilir.

Aşağıdakı cədvəldə Bankların nağd istehlak kreditləri üzrə təklif etdikləri maksimum məbləğ və bu məbləğin hansı hissəsinin zaminsiz rəsmiləşdirilməsi ilə bağlı şərtlərlə ətraflı tanış ola bilərsiniz.

Bank Maksimum kredit məbləği Zaminlik şərtləri
AccessBank 20 000 AZN Fərdi baxılır.
AFB Bank 10 000 AZN 5 000-dək – bir fiziki və ya bir hüquqi şəxsin zaminliyi

5 001-10 000-dək – iki fiziki və ya bir hüquqi şəxsin zaminliyi

Amrahbank 10 000 AZN Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir
AtaBank 5 000 AZN Bütün hallarda 1 nəfər rəsmi gəliri olan fiziki şəxsin zaminliyi tələb edilir
Azer-Turk Bank 20 000 AZN Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:

  • 600 AZN-dək olarsa  – 3000 AZN zaminsiz
  • 601 – 1500 AZN olarsa – 5000 AZN zaminsiz
  • 1500 AZN-dən çox olarsa   – 10 000 AZN zaminsiz
Bank BTB 10 000 AZN Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Bank of Baku 20 000 AZN Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:

  • 500 AZN-dək olarsa  – 3000 AZN zaminsiz
  • 501 – 1000 AZN olarsa – 5000 AZN zaminsiz
  • 1001 – 2500 AZN olarsa – 7000 AZN zaminsiz
  • 2500 AZN-dən çox olarsa   – 15 000 AZN zaminsiz
Bank VTB 10000 AZN Kreditin məbləği 3500 AZN dən yuxarı olduqda zamin tələb edilir
Bank Respublika 10 000 AZN Müştərinin əmək haqqı məbləğindən asılı olaraq dəyişir. Belə ki, rəsmi əmək haqqı:

  • 400 AZN-dək olarsa  – 1 000 AZN zaminsiz
  • 401 – 1000 AZN olarsa – 2 000 AZN zaminsiz
  • 1001 – 2000 AZN olarsa – 3 000 AZN zaminsiz
  • 2000 AZN-dən çox olarsa   – 5 000 AZN zaminsiz
Expressbank 20 000 AZN Kreditin məbləği 5000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Kapital Bank 20 000 AZN Zaminlik tələbi yalnız hərbiçilər üzrə mövcuddur:

  • Mayor və daha yuxarı rütbəli zabitlərə –  zaminsiz;
  • Kapitan rütbəli zabitlərə – 10 000 AZN-ə qədər zaminsiz.
  • Baş Leytnant rütbəli zabitlərə – 5000 AZN-ə qədər zaminsiz.
  • Leytnant rütbəli zabitlərə  – 3000 AZN zaminsiz
  • Digər hallarda – Zamin tələb edilir.
NBC Bank 10 000 AZN Fərdi baxılır.
Nikoil Bank 30 000 AZN Kreditin məbləği 7500 AZN dən yuxarı olduqda zamin tələb edilir
Rabitabank 10 000 AZN
  • Müştərinin əmək haqqı kartı Rabitəbanka məxsus olarsa – 3000 AZN zaminsiz
  • Digər hallarda – 2000 AZN zaminsiz
TuranBank 10 000 AZN Kreditin məbləği 1000 AZN dən yuxarı olduqda zamin tələb edilir
Unibank 20 000 AZN Kreditin məbləği 15 000 AZN dən yuxarı olduqda zamin tələb edilir
YapiKrediBank 10 000 AZN Fərdi baxılır.