22 C
Baku
Sunday, June 2, 2024

Nəyə görə Apple məhsulları belə bahadır?

Dünyanın ən məşhur telefonu heç şübhəsiz ki, iPhone-nun adını çəkmək olar, bu məhsul dünyada on, bəlkə də yüz milyonlarla insanın əs sevimli əşyası, heyranlıq predmetidir. Baxmayaraq ki, qiymətlər həddindən artıq yüksək və şişirdilmişdir (analoji digər modellər ilə müqayisədə), bu telefonların populyarlığı günü-gündən artır. Hər yeni gələn nəsil bu telefona daha çox maraq göstərir. Eyni sözləri Apple firmasının digər məhsulları, Mac kompüter və noutbukları haqqında da söyləmək olar. Bəs nəyə görə bu texnika belə bahadır?

İlk növbədə ona görə ki, siz hər şeydən öncə brendə görə pul ödəyirsiniz. Bu gün Apple brendi dünya bazarında ən məşhur və ən çox tanınan markalar siyahısındadır. Buna görə kompaniyanın banislərindən biri olan Stiv Cobsa sağ ol deməyə dəyər. Düzdür, Stiven özü heç vaxt heç nəyə layihə verməyib. Əgər onun bioqrafiyası haqqında deyilənlərə inansaq, o, elektronikadan elə də baş çıxarmırdı, amma bu ona inanılmaz zirvələri fəth etməyə əngəl olmadı. Əslində Cobs inanılmaz dərəcədə yaxşı menecer idi, məhz o, öz firmasını bir dəfə uçurumun dibinə salmış və məhz o, daha sonra bu kompaniyanı uçurumdan çıxararaq, dünyanın ən bahalı şirkətlərindən birinə çevirmişdir.

İkinci, məhsulun keyfiyyətidir. Dizayn v texniki yeniliklər Amerikanın Kaliforniya ştatında hazırlanır, texnika özü isə Çində istehsal edilir. Buna heç də təəccüblənmək lazım deyil. Axı indi elektronika ilə az-çox bağlılığı olan bütün mümkün firmaların məhsulları məhz bu ölkədə yığılır. Bəzi qərb mətbuat nümayəndələri iddia edir ki, Apple-ın Çində yerləşən müəssisələri üzərindəki nəzarəti həddindən artıq ciddidir. Amma buna rəğmən hətta belə keyfiyyətli məhsulların belə xarab olmaq ehtimalı vardır.

Üçüncüsü dizayn. əgər o, başqa cür olsaydı, çətin ki, bu Kaliforniya kompaniyası bu qədər yüksək zirvələrə nail ola bilərdi. Bu məqamda yenə də Stiven Cobsa təşəkkür etmək lazım gəlir, axı hər bir məhsulun dizaynını o şəxsən qiymətləndirir və razılıq verirdi.

Amma bu sadalananlara rəğmən bəzilərin ümumiyyətlə Apple texnikasından zəhlələri gedir. Niyə? Xarici görünüşü bəyənmirlər, olduqca bahadır, kompaniyanın özünə qarşı laqeyd və xoşagəlməz münasibətlər mövcuddur. Necə olmasına rəğmən Apple yenə də öz rekordlarını təzələməkdə davam edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər