8 C
Baku
Thursday, December 12, 2024

Nəyə görə fars çarı dənizi cəzalandırmışdı?

Fars çarı Kserks öz atası Daranın işini davam etdirərək imperiyanın möhkəmləndirilməsinə çalışırdı. Və o, yunanlarla müharibəyə hazırlaşırdı. Bunun üçün bir sıra hazırlıq işləri keçirilmişdi. Demək olar ki, bir milyonluq ordunu qida məmumatları ilə təchiz etmək üçün bütün yol boyu ərzaq ehtiyatları yaradılmışdı. Həmçinin ordunun maneəsiz yürüşü üçün bir sıra tədbirlər görünmüşdü. Məsələn, Bosforun üzərindən körpü salınması. Bunu çar ordunu quru yolla Asiyadan Avropaya keçirtmək istədiyi üçün etmişdi.

Lakin farsların Yunanıstana daxil olması haqqında əmr çıxanda bədbəxt bir hadisə baş verir. Fırtına qalxır və keçid üçün inşa olunmuş körpünü dağıdır. Bu hadisə Kserksi çox qəzəbləndirir və o, körpünü inşa edənləri edam edir. Həmçinin kserks Bosfor sularını döyməyə və ora qandal atmağı əmr etmişdi. Bu Bosforun farsların çarının əsiri olmasının rəmzi idi.

Təbiətin özü belə cəzaya məruz qalmışdı. Deyilənə görə, suya 300 zərbə endirilmişdi. Tarix boyu hökumət başçıları qulları, məmurları və onlara tabe olan digər şəxsləri daim cəzalandırmışlar. Lakin bizim qeyd etdiyimiz hadisədə cansız əşya cəzalandırılır. Kserks Daranın və Böyük Kirin qızı Atossanın oğlu idi. Yəqin ki,  Kserks farsların o dövrdə sitayiş etdiyi Axuramazda tanrısının icazəsi ilə çar olduğuna görə tanrının adından çıxış edə bilmək hüququna malik olduğunu düşünürdü və hətta cansız əşyaları belə cəzalandıra biləcəyinə inanırdı.

Digər ölkələrdə də belə hadisələrə, yəni cansız əşyaların cəzalandırılmasına rast gəlmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər