8 C
Baku
Thursday, March 28, 2024

Nağd vəsaitlərin İdarə edilməsi departamentində Kassir (Bakı və Gəncə) – Kapital Bank

Ümumi məlumat

Kapital Bank namizədləri Nağd Vəsaitlərin İdarə Edilməsi Departamentinin  Gəncə Zona Mərkəzində və Mərkəzi Xəzinədə Kassir  vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Yerli struktur bölmələrə və onlardan nağd pul daşımalarını həyata keçirən inkassasiya briqadalarının tərkibində iştirak etmək
  • Xəzinədə olan nağd pulun və digər qiymətlilərin salamatlığının təmin olunması üçün tədbirlər görmək və tam maddi məsuliyyət daşımaq;
  • Nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılmasına, onların qorunmasına dair qaydaları bilmək
  • Nağd pulların sayılmasını, çeşidlənməsini, qablaşdırılmasını və bankomat kassetlərinə müvafiq qaydada doldurulmasını həyata keçirmək;
  • Xəzinədə mədaxil-məxaric kassa əməliyyatlarının müvafiq qaydalara uyğun aparılmasını təmin etmək;
  • Kassirdən qəbul olunmuş arayışları icmallaşdırıb kassa dövriyyələri haqqında ümumi arayış tərtib edərək, mühasibat sənədləri ilə üzləşdirmək və imzalamaq;
  • Gün ərzində yerli struktur bölmələrdən Mərkəzi kassaya daxil olan nağd pulun nominallar üzrə uçotunun aparılması və s.

Tələblər

  • Ali təhsil;
  • Həqiqi Hərbi xidməti bitirmiş
  • Bank sahəsində nağd vəsaitlə 3-5 illik iş təcrübəsi;
  • Yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və nizam-intizamlılıq;
  • MS Excel proqramı üzrə əla biliklər.

CV-lərinizi “Nağd vəsaitlərin İdarə edilməsi departamentində Kassir (Bakı və Gəncə)” başlığını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər