8 C
Baku
Friday, December 13, 2024

Namiq Xəlilov “Atəşgah Sığorta”nın rəhbərliyinə seçildi

“Atəşgah Sığorta” ASC-nin ali idarəetmə orqanı olan Direktorlar Şurasında dəyişiklər baş verir.

Banker.az-ın əldə etdiyi məlumata görə, Vaqif ƏliyevVladimr Solovyov “Atəşgah Sığorta” ASC-nin Direktorlar Şurasındakı üzvlükdən çıxarılıblar. V.Əliyev SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey Enerji” və “Petkim Holding”in İdarə Heyəti sədrinin müavinidir.

Onların yerinə Namiq XəlilovYekaterina Şebarova seçiliblər.

N.Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci il fevralın 3-də Maliyyə Bazarlarına Nəzarət Palatası yarandıqdan və adı çəkilən dövlət xidməti ləğv edilərək onun səlahiyyətləri Palataya verildikdən sonra nazir Samir Şərifov N.Xəlilovu özünə müşavir təyin etmişdi. Hazırda isə Maliyyə Nazirliyində çalışmır.

Sığorta şirkəti 1996-cı ildə yaradılıb və 5 008  500 manat nizamnamə kapitalına sahibdir. Şirkətin səhmlərinin 63%-i “İSR Holdinq”, 27%-i “Ran-Exim” Şirkəti və 10%-i isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə  (SOCAR) məxsudur. Səhmdarlardan “Ran-Exim” Şirkəti “Atəşgah Həyat Sığorta”nın 100%-lik səhmdarıdır.

 

Son xəbərlər
Digər xəbərlər