Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir.
O, bu barədə qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.
“Fraksiyamıza böyük inamla mən növbəti Konqresdə yenidən Demokratlar Partiyasının lideri seçilməyə can atmayacağam. Çox hörmət etdiyim Demokratik fraksiyaya yeni nəslin rəhbərlik etməsi vaxtıdır. Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” -deyə, o bildirib.
Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq ABŞ Konqresinin Aşağı Palatasında işləməyə davam edəcək.
Qeyd edək ki, 82 yaşlı siyasətçi ilk dəfə 2007-ci il yanvarın 4-də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri seçilib. Bununla da ABŞ tarixində Nümayəndələr Palatasına sədr seçilən ilk qadın olub. O, Prezident və vitse-prezidentdən sonra əhəmiyyətinə görə hakimiyyətdə üçüncü şəxsdir.
Demokratlar Partiyasının lideri, ABŞ Prezidenti Cozef Bayden kimi, onun da erməni lobbisinə və seçicilərinin səsinə olan sevgisinin əsasında anti-Türkiyə ruhu durur.