13 C
Baku
Thursday, May 9, 2024

NASA ABŞ-dan kənarda kosmik raket buraxıb

ABŞ Aerokosmik Agentliyi NASA ilk dəfə ABŞ-dan kənarda kosmik raket buraxılışı həyata keçirib.

Avstraliyadakı Anhem kosmik mərkəzindən buraxılan raket astrofiziki tədqiqatlar məqsədilə istifadə olunub.

Layihə sadəcə cənub yarımkürəsindən izlənilməsi mümkün olan kosmik hadisələri müşahidə etməyə imkan verir. Raketin topladığı məlumatlar ulduzlardan yayılan şüaların həyatın mümkün ola biləcəyi planetlərə təsirlərinin araşdırılmasında istifadə ediləcək. Növbəti raket buraxılışı iyulun 4-nə nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər